Mehmanxanalarımızın tutumunun 84%-ə yaxını istifadəsiz qalıb

14:10 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 16,3 faiz səviyyəsində olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qısası, tutumun 83,7%-i istifadəsiz qalıb. 2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2046,5 min olub.

Sözügedən dövrdə gecələmələrin 53,0 faizi Bakıda, 6,9 faizi Qəbələdə, 6,2 faizi Xaçmazda, 6,1 faizi Qubada, 4,3 faizi Qusarda, 4,1 faizi Şabranda, 3,7 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 1,8 faizi Naxçıvan Muxtar Respublikasında, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Qaxda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Masallıda, 0,7 faizi Şuşada və 6,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Bütün xəbərlər