Əcnəbilərin Azərbaycan mehmanxanalarında gecələmələri bu qədər artıb

14:17 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ölkənin turizm sektoru və mehmanxanaları ilə bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artaraq 1031,4 min olduğu qeyd edilib.

Bildirilib ki, bu da ümumi gecələmələrin 50,4 faizini təşkil edir. Gecələmələrin 19,7 faizi Səudiyyə Ərəbistanı, 11,2 faizi Rusiya Federasiyası, 10,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,2 faizi Türkiyə, 4,3 faizi Küveyt, 4,1 faizi İsrail, 3,9 faizi Hindistan, 3,4 faizi ABŞ, 3,1 faizi Böyük Britaniya, 2,3 faizi Pakistan, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Qətər, 1,4 faizi Almaniya, 1,2 faizi Özbəkistan, 1,1 faizi Gürcüstan,1,1 faizi İtaliya, 1,0 faizi İran, 0,9 faizi Oman, 0,7 faizi Çin,  0,6 faizi Niderland, 0,6 faizi Ukrayna 18,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Bütün xəbərlər