Əcnəbi turistlər ən çox bu bölgələrdəki mehmanxanalarda qalıblar - Siyahı

14:30 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycan mehmanxanalarında gecələyən əcnəbilərin sayı artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlər Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,3 faizi Bakıda,  8,1 faizi Qəbələdə, 4,4 faizi Qubada, 3,6 faizi Qusarda, 2,4 faizi Naftalanda, 0,7 faizi Şabranda, 0,5 faizi Naxçıvan Muxtar Respublikasında, 2,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1015,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 49,6 faizini təşkil edir. 2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olmuşdur ki, onun da 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

 

Bütün xəbərlər