“Azərstone” MMC ağacları kəsdi - Təbiətə 26 min manatlıq ziyan vurdu

11:34 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə xidmətdən ABC.AZ-a daxil olan məlumatda bildirilir. Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26 100 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib: “Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”

Bütün xəbərlər