Daşınmaz əmlakda proseslərin rəqəmsallaşdırılması ilə bağlı işlər aparılır - Mərkəzi Bankın baş direktoru

14:40 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az.   Daşınmaz əmlakın icbari sığortası proseslərinin rəqəmsallaşdırılması üzrə işlər aparır. 

ABC.AZ xəbər verir ki, bunu oktyabrın 28-də Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib. 

Onun sözlərinə görə, bu, AMB-yə daşınmaz əmlakın sığortası proseslərinə və bazarına nəzarət etməyə imkan verəcək.  "Rəqəmsallaşma vətəndaşlara elektron sığortanı rəsmiləşdirməyə imkan verəcək. Müvafiq bazanın yaradılması və sığorta bürolarının sistemləri ilə inteqrasiyası üzrə işlər aparılır. Rayonlar üzrə də müvafiq tapşırıqlar verilib. Biz həm də icbari sığortanın stimullaşdırılması və əhalinin məlumatlandırılmasını vacib hesab edirik", - deyə o bildirib.

Bütün xəbərlər