Bir ayda 31 min nəfərdən çox azərbaycanlı İstanbula səyahət edib

12:00 - 31.10.2022


31 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Azərbaycandan Türkiyənin İstanbul şəhərinə 31 140 nəfər səyahət edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə yerli mədəniyyət və turizm idarəsi məlumat yayıb.

Məlumata görə, bu, ay ərzində İstanbula gəlmiş turistlərin təxminən 2%-i deməkdir.

Ötən ay İstanbula ümumilikdə 1,607 milyon turist səfər edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur.

Hesabat dövründə İstanbula ən çox Rusiyadan (170 230) turist gedib.

Onları Almaniya (114 439), İran (110 539), ABŞ (77 039) və Böyük Britaniya (58 028) vətəndaşları izləyib.

 

Bütün xəbərlər