“Qala Sığorta” şirkətinin son bir ildə yığımlarında geriləmə - Detallar

16:49 - 31.10.2022


31 oktyabr, Fineko/abc.az. Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Sığorta” şirkətinin son bir il üzrə yığım göstəricisi ürək açan olmayıb. Müştərilərin azalması fonunda şirkətin yığmlarının həcmində də geriləmə olub.

ABC.AZ Mərkəzi Bankın (AMB) 2022-ci ilin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Qala Sığorta” bu ilin 9 ayında ərzində 33,423 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,895 mln. manat və ya 8,0% azdır.

Hesabat dövründə şirkətin sığorta ödənişlərində artım müşahidə olunub.

Belə ki, baş vermiş sığorta hadisələri üzrə zərərçəkmiş müştərilərə ödənilən vəsaitlərin həcmi 324 min manat və ya  artaraq 4,330 mln. manata çatıb.

 

Bütün xəbərlər