Azərbaycanda su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur - Nazir

14:48 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. “Dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir. Ölkəmizdə də iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur”.

ABC.AZ-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfransda deyib.

Nazir deyib ki, Azərbaycanda su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur.

M.Babayev bildirib ki, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

 

Bütün xəbərlər