Azərbaycana gələn turistlərin sayı 118 faiz artıb - Detallar

16:15 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici turistlərin sayı 118 % artaraq 1 323 416 nəfərə çatıb.

Dövlət Turizm Agentliyindən (DTA) ABC.AZ-a verilən məlumata görə, bu ilin oktyabr ayı ərzində ölkəyə 160 467 turist gəlib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 76 % çoxdur.

Oktyabr ayı ərzində Azərbaycana gələn turistlərin təxminən 345 %-i, yəni 54,1 mini Rusiyanın payına düşür. Bu sıralamada ikinci yeri 28,3 min nəfərlə Türkiyə, üçüncü yeri isə 15,3 min nəfərlə İran tutur.

 

Bütün xəbərlər