Ərdoğan: Taxıl Afrika ölkələrinə gedəcək

14:14 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizindəki gəmilərin ilk növbədə təcili ehtiyacı olan Afrika ölkələrinə gedəcəyini bəyan edib.

Bu barədə ABC.AZ türk mətbuatına istinadla xəbər verir.

Ərdoğan, Putinlə görüşündə taxılı pulsuz olaraq aclıqla mübarizə aparan Cibuti, Somali və Sudan başda olmaqla xüsusilə ehtiyacı olan ölkələrə göndərmək barədə razılığa gəldiklərini qeyd edib.

Bütün xəbərlər