Nazirlərin, müavinlərinin büdcəni dağıtmaları nəzərətin pis olduğunu göstərir - Deputat

16:35 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. “Son dövrlər nazir, nazir müavinləri, icra başçılarının həbs olunması, onların büdcənin dağıdılmasına nail olmaları göstərir ki, nəzarət mexanizmi təkmil deyil”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin komitə iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

“Ona görə də müvafiq orqanlar, bizim hər birimiz nəzarət mexanizmini gücləndirməliyik”, - deyə Tahir Rzayev qeyd edib.

O vurğulayıb ki, çay, qənd və digər ərzaq məhsulları ilə yanaşı, kənd təsərrüfatı məhsullarının qiyməti də gündən-günə artır:

“İnhisarçılıq özünü göstərir. Sahibkar bazara məhsulunu çıxara bilmir. Regionda kənd təsərrüfatı məhsullarının qiyməti çox aşağıdır. Ancaq paytaxtda qiymətlər 5-6 dəfə bahadır”.

Bütün xəbərlər