Örüş yerlərini yaşayış yeri və ya əkin yeri etdilər - Deputat

16:51 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin  Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də birgə iclasları keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda deputatı Siyavuş Novruzov maraqlı məqamlara toxunub.

O qeyd edib ki, bir sıra yem məhsullarının qiyməti bahalaşıb.

"Nə südün, nə ətin fermerdən alınan qiyməti isə artırılmayıb. Bütün bunlar fermerlər üçün ciddi problemlər yaradır. Bilirsiniz ki, örüş yerlərini yaşayış yeri və ya əkin yeri etdilər. Örüş yerlərinin uzaq olması da fermerlərin növbəti problemidir. İşğaldan azad edilmiş yerlərdə örüş yerləri olsa da, minalardan nə vaxt təmizlənməsi işləri yubadır. Hesab edirəm ki, fermerlərə verilən subsidiyaların məbləği artırılmalı, kredit çox aşağı faizlə, hətta faizsiz verilməlidir. Bununla da onlara dəstək olmaq lazımdır” deyə S.Novruzov bildirib.

Bütün xəbərlər