Gürgən qəsəbəsində 1162 hektar zeytun bağları salınacaq

11:38 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. "Növbəti illərdə əkin işlərinin davam etdirilməsi və Gürgən qəsəbəsinin ərazisində 1162 hektar zeytun bağlarının salınması nəzərdə tutulur".

ABC.AZ xəbər verir ki, bunu “Abşeron Zeytun Bağları” MMC-dən bildiriblər.

Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kompleks ümumilikdə üç min hektar ərazini əhatə edir.

Abadlıq işlərinin aparılması, geniş sahədə bağın salınması nəticəsində bir vaxtlar yararsız vəziyyətdə olan torpaq canlanmış, ərazinin iqim və florası bərpa edilmişdir.

Bazarın tələbatına uyğun olaraq ərazidə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilib.

Layihənin həyata keçirilməsi üçün ilkin mərhələdə inzibati cəhətdən Zirə qəsəbəsinə aid olan Qoşaqışlaq kəndi ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsinin təmizlənməsi işləri aparılıb. Həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınıb.

Layihə Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyədən olan mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Bütün xəbərlər