Bakıda daha bir Forum keçiriləcək - Bu dəfə ixracatçılar toplaşır

14:14 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Azərbaycanda ilk “Milli İxracatçılar və İdxalçılar Forumu”-nun keçirilməsi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, Forumun keçirilməsində bir sıra dövlət qurum və agentliklərinin - KOBİA,  İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası və sairə - təşkilatı dəstəyi və iştirakı gözlənilir.

Forumda rəsmi şəxslərin, yerli və xarici şirkət rəhbərlərinin və nümayəndələrinin çıxışı (təqdimatı) olacaq, xarici ölkələrə ixrac ilə bağlı faydalı məlumatlar və məsləhətlər veriləcək.

 

Bütün xəbərlər