Güzəştli ipotekanı sonsuza qədər genişləndirə bilmərik - Nazir

15:32 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Bu gün güzəştli ipotekaya çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir.

ABC.AZ xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərə güzəştli şərtlərlə ipoteka verilməsi barədə təklifə münasibət bildirərkən qeyd edib. 

“İndi bu barədə nəsə deməyə hazır deyiləm. Bu təklif qiymətləndirilməlidir. Bu gün güzəştli ipoteka çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir. Biz bu sahəni sonsuz genişləndirə bilmərik”, - deyə Samir Şərifov bildirib.

 

Bütün xəbərlər