Nazirlik tender keçirir

11:27 - 11.11.2022


11 noyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların mövcud server və şəbəkə infrastrukturunda təmir-bərpa işlərinin aparılması və onların yeni məlumat mərkəzinə daşınması, nazirliyin və tabeli qurumların mövcud istifadəçi infrastrukturunun yeni inzibati binaya daşınması və quraşdırılması işləri üçün tender keçirilir.

Tenderdə iştirak haqqı 250 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan sənədləri 01.12.2022 11:30 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Turan Hümbətli, [email protected]

Bütün xəbərlər