Deputat ezamiyyə xərclərinin azlığlına etiraz etdi - Təklif

14:08 - 11.11.2022


11 noyabr, Fineko/abc.az. Gələn ilin büdcəsində ezamiyyə xərcləri üçün ayrılan 22 milyon manat kifayət etməyəcək.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin komitə iclasında millət vəkili Səməd Seyidov deyib.

O qeyd edib ki, ezamiyyə xərclərinə yenidən baxılmalıdır.

"İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq aləmdə cəbhə açılıb. Azərbaycanın mövqelərini daha yaxşı ifadə etmək üçün xaricdə nümayəndələrimiz fəaliyyət göstərirdi. Lakin fəaliyyətimizi artırmaq və daha yüksək səviyyədə təşkil etmək üçün təklif edirəm ki, bununla bağlı xərclərə yenidən baxılsın”, - deyə deputat bildirib.

Bütün xəbərlər