Bu sahədə problemimiz mövcud deyil - Komitə sədri ezamiyyə xərclərinə toxunub

14:23 - 11.11.2022


11 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi Milli Məclisin komitə iclasında ezamiyyə xərclərinin azlığı barədə danışılıb və təklif edilib ki, sözügedən məsələyə ayrılan vəsait artırılsın.

ABC.AZ-ın məlumatına görə, deputat Elman Nəsirov da bildirib ki, ezamiyyə xərclərinin artırılmasına ehtiyac var:

“Prezidentin qeyd etdiyi kimi türk dünyası təkcə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən ibarət deyil, kənarda yaşayan soydaşlarımız da var. Onların hüquqlarının müdafiəsi məsələsi il bağlı vəsaitin ayrılmasının da büdcədə öz əksini tapması lap yerinə düşərdi”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, parlamentlə Maliyyə Nazirliyi arasında yaxşı əməkdaşlıq mövcuddur: “Ezamiyyə xərcləri büdcədə kifayət etməyəndə belə bu, işçi qaydada həll edilir. Bizim bu sahədə problemimiz mövcud deyil”.

Bütün xəbərlər