MİDA Füzuli şəhərində tender keçirir

10:40 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. “MİDA” MMC Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 25, 26, 27, 28, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının  tikintisi üçün tender elan edib.

Tenderdə iştirak haqqı 1200 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender sənədlərini 16.12.2022 17:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Əliyev Vüqar, telefon : (+99412) 594-54-01, daxili 239.

Bütün xəbərlər