Ağdamda daha bir rezident - Nazir anons verdi

14:57 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, bununla da rezidentlərin sayı 12-yə çatıb.

"Yeni rezident NN-Tel Group MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 mln. manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq" deyə nazir qeyd edib.

Bütün xəbərlər