“Günay Sığorta” şirkətinin yığımları son bir il ərzində kəskin azalıb

15:27 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Günay Sığorta” şirkətinin yığımları son bir il ərzində kəskin azalıb.

ABC.AZ Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət tərəfindən bu ilin 9 ayında 5,669 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,320 mln. manat və ya 29% azdır.

Qeyd edək ki, azalma cari ilin yanvar-avqust aylarında da davam edib.

Cari ilin 8 ayında şirkətin topladığı yığımlar son bir illə müqayəsədə 2,378 mln. manat və ya 48,7% azalaraq 4 885 mln. manata enib.

Bütün xəbərlər