Ceff Bezos 124 milyard dollarlıq sərvətini necə xərcləyəcəyini açıqlayıb

16:56 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. "Amazon"un qurucusu Ceff Bezos CNN-ə açıqlamasında 124 milyard dollarlıq sərvətinin böyük hissəsini hələ sağ ikən xeyriyyəçilik üçün xərcləməyi planlaşdırdığını bildirib.

ABC.AZ xəbər verir ki, Bezos müsahibəsində sərvətinin böyük hissəsini iqlim dəyişikliyi ilə mübarizəyə xərclənməsi üçün bağışlayacağını bildirib.

Planı haqqında ətraflı məlumat verməsə də, Bezos sərvətinin böyük hissəsini bağışlayacağını ilk dəfə açıqlayıb. Bezos aparıcının "Yaşadığınız müddətdə bu ianəni edəcəksinizmi?" sualına “bəli” cavabını verib. 

Bezos daha əvvəl, varlı insanların sərvətlərini xeyriyyəçiliyə sərf etməyə təşviq edən "Giving Pledge" kampaniyasında iştirak etmədiyi üçün tənqid hədəfinə çevrilmişdi.

Bütün xəbərlər