Əsas kapitala qoyulmuş vəsaitlərdə bank kreditlərinin payı 2,8 % olub

17:20 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-oktyabr aylarındakı iqtisadi göstəricilərlər bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, 9 aylıq investisiya qoyuluşunun 9 043,3 milyon manatını və yaxud 76,8 %-ni daxili vəsaitlər təşkil edib, 8 663,9 milyon manatı və yaxud 73,6 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2 %, büdcə vəsaitləri 36,3 %, əhalinin şəxsi vəsaitləri 7,8 %, sair vəsaitlər 3,9 %, bank kreditləri isə 2,8 % paya malik olub.

 

Bütün xəbərlər