Cef Bezos: ABŞ tənəzzülə yaxınlaşır

11:24 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. “Amazon”un qurucusu milyarder Ceff Bezos ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq edib və qlobal iqtisadiyyatda tənəzzül baş verəcəyi təqdirdə bəşəriyyətə nağd pul yığmağı tövsiyə edib.

ABC.AZ xəbər verir ki, bu barədə milyarder CNN telekanalına müsahibəsində bildirib. “İqtisadiyyat hazırda yaxşı görünmür.

Bunu özünüz də görə bilərsiniz - iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir” – deyə, o bildirib.

Bezos iqtisadi vəziyyətin pisləşməsi riskini nəzərə alaraq yeni televizorlar, soyuducular və avtomobillər kimi böyük alışların təxirə salınmasını tövsiyə edib.

Bütün xəbərlər