Ona Prezident Administrasiyasında vəzifə verildi - Foto

12:30 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. “Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayevə Prezident Administrasiyasında vəzifə verilib.

ABC.AZ xəbər verir ki, o, qurumun Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub. 

Qeyd edək ki, T.Feyzullayev Dövlət İdarəçilik Akademiyasını bitirib, daha sonra təhsilini Fransanın Tuluz Universitetində davam etdirib.

O, müxtəlif illərdə  Mərkəzi Bankda, Maliyyə Bazarlarına Nəzarət Palatasında aparıcı vəzifələrdə çalışıb. 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub. 

 

 

Bütün xəbərlər