Azərbaycan bu məhsulu bundan sonra Pakistandan almağa üstünlük verəcək

16:28 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan İrandan kartof alışını kəskin azaldıb və sözügedən məhsulu bundan sonra Pakistandan alacaq.

ABC.AZ xəbər verir ki, Azərbaycan kartof bazarında indi Pakistana üstünlük verir.

Hesabat ili ərzində Pakistandan 24.56 min ton həcmində, yaxud 7.37 milyon ABŞ dolları dəyərində kartof idxal edib.

Öncəki illərdə bu rəqəm xeyli aşağı idi. Pakistandan idxal edilən kartof isə hər ton üzrə 300 dollar təşkil edirdi. 1 noyabr 2022-ci il tarixinə Azərbaycan bazarında kartof 33%-dən çox bahalaşıb, lakin bahalaşma idxalla deyil, yerli məhsullardakı qiymət artımı ilə əlaqəlidir.

Belə ki, yerli istehsal kartofun bir kiloqramı 1.20 manat (əvvəlki ilin eyni dövrü ilə müqyisədə: 33% bahalaşıb), idxal edilən isə 1.00 manat (19%) təşkil edib.

Ötən ilin müvafiq dövründə isə kartofun bir kiloqramının orta qiyməti ölkədə 0.90 və 0.84 manat təşkil edirdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu il kartof əkilən sahələr “daralıb”, lakin məhsuldarlıq yüksək olduğundan yığım 4% artaraq 2022-ci ilin ilk 8 ayında 864 465 ton təşkil edib.

Bütün xəbərlər