"Huawei" şirkətindən yenilik - “Ağıllı eynəklər”i təqdim etdi

10:22 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. "Huawei" şirkəti “World VR Conference” tədbirində özünün yeni “ağıllı eynəklər”ini təqdim edib. 

ABC.AZ xəbər verir ki, eynəklərin smartfonla birlikdə işlənməsi nəzərdə tutulub. İlk baxışda gün eynəklərinə bənzəsə də, burada linzalar əvəzinə iki OLED-displey istifadə olunub.

Eynəklər həmçinin, zərərli mavi şüalardan yüksək səviyyədə qorunma gücünə görə TUV Rheinland şirkətinin sertifikatını da alıb.

“Ağıllı eynəklər”in istifadəsi zamanı insanda 120 dərəcəlik ekrana baxış təəsüratı yaranır.  

 

Bütün xəbərlər