Milli Məclisdə bu sektor ləğv edildi - Detallar

11:33 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Milli Məclisin Aparatında yeni - Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin yaradılması ilə əlaqədar Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Vətəndaşların qəbulu sektoru ləğv edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, sektorun müdiri olmuş Rüfət Məmmədov Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdir müavini təyin olunub.

Bütün xəbərlər