Azərbaycana bu məhsulun ixracından 153 milyon dollardan çox pul daxil olub

10:05 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Bu ilin 10 ayında Azərbaycandan 66 min 113 ton pambıq lifi göndərilib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 153 milyon 835 min ABŞ dolları olub.

Ötən ilin eyni aylarında ölkədən 163 milyon 93 min dollarlıq 104 min 719 ton pambıq lifi ixrac edilib.

Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 6% azalıb, miqdar ifadəsində isə 37% azalıb.

Bütün xəbərlər