Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin miqdarı bu qədər azalıb

10:30 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin 10 ayında Azərbaycandan xaricə 66 min 113 ton pambıq lifi göndərilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qurumdan vurğulanıb ki, 10 ay ərzində Azərbaycandan 29 milyon 964 min dollarlıq 7 min 493 ton pambıq ipliyi ixrac edilib. 2021-ci ilin müvafiq dövründə isə pambıq iplik 45 milyon 530 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 15 min 360 ton olmuşdu.

İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 34%, miqdarı isə 51% azalıb.

 

Bütün xəbərlər