Gələn il orta aylıq əməkhaqqı 98 manat artacaq - Deputat açıqladı

14:36 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Milli Məclisin iclası keçirilib və bəzi nüanslara aydınlıq gətirilib.

ABC.AZ xəbər verir ki, deputat Vahid Əhmədov bu il orta aylıq əməkhaqqının 800 AZN olduğunu, gələn il isə 898 manat olacağını vurğulayıb.

“Amma nəzərə almaq lazımdır ki, heç də hamı bu qədər əməkhaqqı almır. Bunlar aztəminatlı ailələr, ünvanlı sosial yardım alan şəxslər, işləməyənlər, ictimai işlərlə məşğul olanlardır. Onlar 280-300 manat maaş alırlar. Onların təminatı ilə bağlı büdcədə müəyyən məsələləri həll etmək lazımdır”, - deyə Vahid Əhmədov əlavə edib.

Bütün xəbərlər