Prezident onu Müşahidə Şurasının üzvləri siyahısından çıxardı

17:11 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Eyni zamanda, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub.

Qeyd edək ki, cəmi bir il nazir müavini olan Elnur Əliyev DTX tərəfindən Mədəniyyət Nazirliyində keçirilən istintaqa cəlb edilib. Dindirildikdən sonra sərbəst buraxılıb. Hazırda istintaq davam edir. O, noyabrın 3-də nazirin birinci müavini vəzifəsindən azad olunub.

Bütün xəbərlər