"Omaks-3” MTK-da dələduzluq fakrları barədə məhkəməyə müraciət olundu

10:17 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Emin Namazovun barəsində olan hökmdən kassasiya şikayəti verib.

ABC.AZ Pravda.az-a istinadən xəbər verir ki, o, hökmdən narazı qalıb və Ali Məhkəməyə müraciət edib. Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Namazov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Omaks-3” MTK-da rəhbər vəzifə tutmuş Emin Namazov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir.

 

Bütün xəbərlər