Azad olunmuş ərazilərdə işləyənlər Bakıdakılardan daha çox maaş alır?

11:17 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdə işləyən insanların aylıq əmək haqlarının məbləği açıqlanıb.

ABC.AZ "Xezerxeber.az"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin departament müdiri Səbuhi Qənbərzadə açıqlama verib.

“Xəzər” Televiziyasının “Xəbər ertəsi” proqramının qonağı olan S.Qənbərzadə deyib ki, işçilərin əmək haqları peşəyə və vəzifə öhdəliklərinə görə dəyişir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə işləyənlərin aylıq əmək haqlarının məbləği 500-2500 manat arasında dəyişir.

Bütün xəbərlər