Hər gün istifadə etdiyimiz çay paketlərinin nə məqsədlə yarandığını bilirsinizmi ?

11:16 - 8.06.2018


8 iyun, Fineko/abc.az. Gündəlik həyatımızda işdə, evdə, pikniklərdə hər birimizə tanış olan çay paketlərinin tam başqa məqsədlə yarandığını bilirsinizmi? İlk dəfə çayın paketlərə qoyulması fikri çay maqnatı Tomas Sallivan tərəfindən irəli sürülmüşdü. O, bunu məsrəfləri azaltmaq məqsədilə etmişdi.

Belə ki, ilk vaxtlar çaylar metal qutularda satılırdı və yeni müştərilər üçün nümunə göndərilərkən də bu qablardan istifadə edilirdi. Bunu israfçılıq hesab edən Tomas Sallivan müştərilərə çayı kiçik torbalarda və daha az miqdarda göndərməyi tapşırdı. İlk dövrlərdə bunun üçün əllə tikilmiş kiçik ipək kisələr istifadə olunurdu.

Bu paketlər həm metal qablardan xeyli ucuz başa gəlirdi, həm də daha az çay tuturdu.

Çay paketlərinin sonrakı inkişafı isə Sallivanın potensial müştəriləri tərəfindən edildi.

Belə ki, müştərilərdən biri fikirləşir ki,  bu çayın yeni və daha yaxşı dəmləmə üsuludur və paketlərdə çayı sifariş etməyə başlayır. Bu buraxıllş şəkli sürətlə papulyarlaşır. Çay paketləri daha sonra tənziflə, sonralar isə kağızla istehsal edilməyə başladı.

Çay paketləri müasir formada ilk dəfə 1929-cu ildə Adolf Rambold tərəfindən istehsalata buraxılıb.

Bütün xəbərlər