Rusiyada Azərbaycandan olan 11 mindən çox tələbə təhsil alır – Mişustin

15:42 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. "Biz dünən də qeyd etdik ki, Bakıda bizim institutların – Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiyada da Azərbaycandan olan on bir mindən çox tələbə təhsil alır".

ABC.AZ xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyev ilə gprüşü zamanı bildirib.

"İnsanlar arasında birbaşa əlaqələrin bu cür inkişafı, zəngin tarix, mədəniyyət və ənənələrlə tanışlıq bizim qarşılıqlı münasibətlərimizi möhkəmləndirəcək", - Mişustin əlavə edib.

 

Bütün xəbərlər