Daha 2 şirkət “Akkord”u məhkəməyə verdi

17:29 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. “Akkord” şirkətlər qrupu 2 şirkət tərəfindən məhkəməyə verilib.

Belə ki, onlardan biri  “Universal Pro" QSC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi” ASC qarşısında iddia qaldırıb.

ABC.AZ xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklər  üzrə mübahisələr– üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Vidadi Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Digər şirkət “CPS Construction” MMC isə “Akkord”un törəmə şirkəti olan "Akkord Hydrotechnical Construction Company"-ni məhkəməyə verib. Bu iddia da podrat müqaviləsindən əmələ gələn öhdəliklər üzrə qaldırılıb. İşə Bakı Kommersiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq. Raqib Qurbanov və Vüsalə Baxışova tərkib üzvü kimi iştirak edəcəklər.

 

Bütün xəbərlər