Bakı-Quba yolu nə vaxt istifadəyə veriləcək?

10:30 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Əsaslı şəkildə təmir edilən köhnə Bakı-Quba yolunda işlər plana uyğun aparılır.

ABC.AZ xəbər verir ki, yolun 77-87-ci kilometrliyində asfaltlanma işləri bu gün başa çatdırılıb.

Döşənilən asfalt örtüyü xüsusi texnikalar vasitəsilə kipləşdirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, köhnə Bakı-Quba yolu hələlik paytaxt istiqamətində təmir edilir.

Təmirin birinci mərhələsinin bu ilin sonuna qədər tam yekunlaşdırılması nəzərdə tutulur.

Bütün xəbərlər