Gələn ay ağalıların daha bir qrupu Zəngilana köçürüləcək

12:20 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. "Növbəti ayda daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb".

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Ağalı kəndində 200 ağıllı evin tikintisi nəzərdə tutulmuşdu:

"Onlardan 87-si tikilərək, istifadəyə verilib, 113 evdə isə təmir tikinti işləri davam etdirilir".

 

Bütün xəbərlər