Yaxın vaxtlarda “ağıllı şəhər”lərin dünyada yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon ABŞ dolları həcmində olacaq - Nazir

14:37 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Yaxın 5 ildə “ağıllı kənd” və “ağıllı şəhər”lərin dünyada yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon ABŞ dolları həcmində olacaq.

ABC.AZ xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq konfransda deyib.

O bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq qurumlarla birgə çalışaraq Dubay, Sinqapur, Berlin modellərini, təcrübəsini öyrənərək yeni konsepsiya hazırlayıb. Konsepsiya gələcəyə baxış, “Smart Azərbaycan” ideyası ilə ortaya qoyulub: “Smart Azərbaycan” dedikdə, əvvəlcə inteqrasiya olunmuş kommunal, İKT sahələri nəzərə alınıb. Bu sahələr bir-birindən ayrı təsəvvür edilə bilməz. Əgər bu sahələr inteqrasiya olunacaqsa, biz böyük həcmli məlumatlara sahib olacağıq”.

Rəşad Nəbiyev əlavə edib ki, məqsəd məlumatların dövlət qurumları ilə yanaşı özəl biznes üçün də əl çatan olmasıdır.

Bütün xəbərlər