"Azərsun Holdinq"in 2 şirkəti barəsində iş qaldırıldı - Detallar

10:21 - 22.11.2022


22 noyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli  yer tutan qida məhsulları bazarında monitorinqləri davam etdirir.

ABC.AZ xəbər verir ki, bu, Xidmətin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb.

Qeyd edək ki, “Sun Food” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC "Azərsun Holdinq"ə daxildirlər.

Bütün xəbərlər