Rusiya şirkəti Bakıya yeni reyslər açır

15:21 - 22.11.2022


22 noyabr, Fineko/abc.az. Rusiyanın “Utair” aviaşirkəti noyabr ayından Samara-Bakı istiqamətində əlavə reys açır və bu aviareys hər çərşənbə axşamı yerinə yetiriləcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, cümə axşamı və bazar günləri də uçuşlar qrafikə uyğun olaraq qalır.

Samaradan Bakıya gediş saat 13:40-da, dönüş isə - saat 17:05-də həyata keçiriləcək. Səyahət vaxtı ümumilikdə 2 saat 20 dəqiqə çəkəcək.

“Utair - Sərnişin Hava Yolları"nın prezidenti Oleq Semenov qeyd edib ki, Samaradan Azərbaycana uçuşlar bu yay açılıb: “Biz regionlarla MDB ölkələri arasında hava əlaqəsini inkişaf etdirməyi vacib hesab edirik, ona görə də indi mövcud marşrutlar üzrə uçuşların sayını artırır və yeni reyslərin tətbiqini planlaşdırırıq”.

Bütün xəbərlər