Xırdalanda sadəcə abadlıq işlərinə 1,5 milyon manat pul xərclənəcək

15:14 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi “Xırdalan şəhərində abadlıq işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Uğurlu İnşaat” MMC olub. Şirkətlə 1 milyon 539 min manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, şirkət bundan əvvəl də Salyan Rayon İcra Hakimiyyətinin 397 min 325 manat dəyərindəki “Salyan şəhərində kommunal binaların təmiri işlərinin satın alınması” (11.11.2021) tenderini qazanıb

 

Bütün xəbərlər