Bu fabrik özəlləşdirildi – Şirkəti alanın adı açıqlanmadı

15:50 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xidmətin Özəlləşdirmə şöbəsinin rəhbəri Əziz Mirzəyev bildirib.

O, müsabiqənin qalibinin hansı şirkət olduğunu açıqlamayıb.

"Qalib rəqabətli hərrac şəraitində müəyyən olunub. Müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq", - Ə.Mirzəyev qeyd edib.

 

Bütün xəbərlər