Dövlət Xidməti 24 “Hyundai” markalı avtomobili 182 min manata satıb

16:33 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 22-də keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb.

ABC.AZ xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub.

Belə ki, lot üzrə hərraca çıxarılan 24 ədəd "Hyundai İX-35" markalı avtomobilin ilkin toplam satış qiyməti 160 min 750 manat olsa da, edilən ən son təklif 182 min manata yüksəlib.

Əmlak Məsələləri Dövlət Xidməti məlumat üçün bildirir ki, bu ay üzrə növbəti hərraclar 29 və 30 noyabr tarixlərində keçiriləcək.

Sadalanan tarixlərdə keçiriləcək hərraca ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və 24 nəqliyyat vasitəsi çıxarılıb.

Bütün xəbərlər