"AccessBank"-ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

10:39 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. 21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AccessBank" QSC-nin ümumi dəyəri 5 milyon ABŞ dolları olan istiqrazları (Aqrar İnkişaf İstiqrazları) standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən ABC.AZ-a verilən məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5000 ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 5,5 %, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 3 aydan  birdir.

 Hərrac 29 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında  həyata keçiriləcək.

Yerləşdirmə üzrə baş anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” ASC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Bütün xəbərlər