Ötən ay kirayə mənzil bazarında qiymətlər necə olub?

10:48 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. Azərbaycanda oktyabr ayında mənzillərin kirayə haqqı bahalaşıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir. Bütün qiymətlər orta ölçüdə götürülür.

Məlumata görə, oktyabr ayında mənzillərin kirayə haqqı 131.80 manatdan 133.39 manata qalxıb. Beləliklə, aylıq 1.2% bahalaşma olub.

Ötən ilin eyni dövründə mənzillərin kirayə haqqı 113.87 manat olub. İllik müqayisədə qiymət artımı 17%-dir.

 

Bütün xəbərlər