Naxçıvanda bu maaşlar artıb – Statistika

14:44 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 596,2 manat olub.

ABC.AZ xəbər verir ki, Naxçıvanın Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4% artaraq 827,4 manat təşkil edib.

 

Bütün xəbərlər