24.11.2022,17:09
24 noyabr, Fineko/abc.az. Azərbaycanda fərdi kompüterlərin, noutbukların və planşetlərin qiymətində son bir il ərzində ciddi artım qeydə alınıb.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin sentyabrda fərdi kompüterlərin qiyməti 1061,03 manat təşkil edirdisə, oktyabrda bu rəqəm 1080,95 manata yüksəlib. Bu da 19,92 manat və ya 1,9% artım deməkdir.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,5% yəni, 311,69 manat artım t olub. Xatırladaq ki, ötən ilin oktyabrında fərdi kompüterlərin qiyməti 769,26 manat idi.
Noutbukların qiyməti sentyabr ayı ilə müqayisədə 1237,31 manatdan 1259,01 manata doğru dəyişib. Nəticədə qiymətlər 21,7 manat yəni 1,7% artım olub.Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər 875,94 manatdan 1259,01 manata yüksəlib. Bununla da 383,07 manat, yəni 43,7% artım baş verib.
Planşet kompüterlərdə cari iin sentyabr-oktyabr aylarında ciddi artım baş verməyib. Oktyabr ayında göstəricələr 400,08 manatdan 401,72 manata yüksəlib. Bununla da artım üzrə göstərici 0,92 manat və ya 0,2% təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə planşetlərin qiyməti 59,72 manat yəni, 17,5% artaraq 342,00 manatdan 401,72 manatadək bahalaşıb
2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb.
01.02.2023,15:47
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-dekabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
01.02.2023,12:30
03 Fevral 2023 | 17:34
03 Fevral 2023 | 17:29
03 Fevral 2023 | 17:14
03 Fevral 2023 | 17:07
03 Fevral 2023 | 16:56
03 Fevral 2023 | 16:42
03 Fevral 2023 | 15:48
03 Fevral 2023 | 15:44
03 Fevral 2023 | 15:43
03 Fevral 2023 | 15:20
03 Fevral 2023 | 15:13
03 Fevral 2023 | 15:03
03 Fevral 2023 | 14:48
03 Fevral 2023 | 14:44
03 Fevral 2023 | 14:34