Bu dövlət qurumu ofislər icarəyə götürmək üçün tender keçirir

25.11.2022,10:14


25 noyabr, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondu “Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alması” üzrə  tender elan edir.

ABC.AZ xəbər verir ki, ofis sahəsi üçün tələb 3000 m2 sahəni əhatə edir və yekun məbləğ təklif edilərkən 12 ay nəzərə alınmalıdır.

Tenderdə iştirak üçün tələb olunan  məbləğ 450 manatdır, müsabiqə noyabr ayının 24-də başlayıb.